Yerləşdirmə və viza dəstəyi

Xaricdə universitetə qəbul almaq təkcə məktub almaqla bitmir – növbəti mərhələ tələbənin həmin universitetə yerləşməsi və rəsmi prosedurlardır. Biz qəbul məktubu gəldikdən sonra da tələbəni tək buraxmırıq. 

 

Viza dəstəyi komandamız tələbəyə viza müraciət formalarını doldurmaqda, tələb olunan maliyyə və akademik sənədləri toplamaqda yaxından kömək edir. Hər bir ölkənin viza tələbləri fərqli olduğundan, biz illər ərzində topladığımız təcrübəyə əsasən tələbələrimizə öncədən viza müsahibə məsləhətləri veririk. Bunun sayəsində indiyədək tələbələrimizin demək olar hamısı viza prosesini uğurla və problemsiz tamamlayıb.

 

Yeni bir ölkəyə gedərkən yaşayış məsələləri də önəmlidir. Yerləşdirmə xidmətimiz qəbul aldığınız universitetin təklif etdiyi yataqxana (kampus daxili hostel) seçimlərini və ya off-campus (kampusdan kənar) kirayə imkanlarını araşdırır. 

 

Tələbənin büdcəsinə, şəhərin infrastrukturuna və fərdi istəklərinə uyğun yaşayış yeri tapmaqda dəstək veririk. Məsələn, bəzi tələbələr kampus daxili yataqxanada qalmağa üstünlük verir ki, bu da onlara həm təhlükəsiz, həm də digər beynəlxalq tələbələrlə ünsiyyət imkanı yaradır. 

 

Digərləri isə şəhərdə mənzil kirayə etməyi seçir – bu halda, etibarlı kirayə platformaları, müqavilə şərtləri barədə də məsləhət veririk. Nəticədə, tələbə yeni ölkədə ilk günlərindən etibarən rahat yaşayış və təhsil mühitinə sahib olur.

 

Bundan əlavə, uçuş biletlərinin alınması, hava limanında qarşılanma, sığorta sənədlərinin hazırlanması kimi logistik məsələlərdə də yardımçı oluruq. 

 

Məqsədimiz, tələbənin və valideynin bütün proses boyu özünü güvəndə hiss etməsidir. Bizim təcrübəli komandamızın dəstəyi ilə xaricə yollanan tələbə, yalnız təhsilinə və qarşıdakı yeni imkanlara fokuslana bilir.