Xaricdə təhsil və Diplomların təsdiqi

Xaricdə təhsil almağı planlaşdıran tələbələri ən çox narahat edən mövzu diplomların ölkəmizdə tanınıb-tanınmama məsələsidir. Çoxları xaricdə təhsil alma arzularını məhz bu səbəbə görə gerçəkləşdirə bilmirlər. Bəs doğurdan da xarici ölkələrin diplomları Azərbaycanda tanınırmı ?

Bəli, xarici dövlətlərdə bakalavr,magistratura və doktorantura olmaqla hər üç təhsil pilləsində təhsil almış tələbələrin həm əyani,həm də qiyabi təhsil diplomları ölkəmizdə tanınır. Diplomların ölkədə tanınması prosesi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məşğul olur. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) təhsil proqramlarının keyfiyyət səviyyələrinin müəyyənləşdirilməsi və tələblərin həyata keçirilməsini təmin edir. Tələbə universiteti bitirdikdən sonra TKTA-nin rəsmi saytında diplom təsdiqi üçün ərizə müraciəti edir və form doldurulur. Saytda qeyd olunan bütün lazımi sənədlər yükləndikdən , diplom təsdiqi rüsumu ödəndikdən sonra ərizə baxılmaq üçün göndərilir. Bütün sənədlər yoxlandıqdan sonra ehtiyac duyularsa, tələbə mühasibə üçün dəvət olunur. Müsahibədən keçən tələbə üçün diplomun Azərbaycanda tanınmasına dair şəhadətnamə verilir və diplom təsdiqi prosesi yekunlaşır. Hal-hazırda diplom təsdiqi üçün rüsum 250 AZN təşkil edir.

Diplom təsdiqi zamanı nələrə diqqət edilir ?

  • Tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olması (passportda ölkədən giriş-çıxışlara baxılır)
  • Təhsil aldığı özəl və ya dövlət müəssisəsinə sorğu göndərilməsi ( tələbənin universitetə hər hansı bir borcunun olub-olmaması yoxlanılır) və təhsil aldığı ölkədə sicil kaydının olub-olmamasına baxılır.
  • Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olması
  • Tələbənin ixtisasını nə dərəcədə mənimsədiyi.

Diplom təsdiq olunduqdan sonra ölkənin bütün iş müəssisələrində keçərli olur.

 

TKTA-nin rəsmi saytı : https://www.tkta.edu.az/

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL