Türkiyədə Ödənişsiz Təhsil!

Türkiyədə təhsil dedikdə hamının ilk ağlına Türkiyədə ödənişsiz, yəni təhsil haqqı ödəmədən təhsil almaq gəlir. Bəs Türkiyədə doğurdan da ödənişsiz təhsil almaq mümkündür mü? Bu nə dərəcədə doğrudur? Biz Edu Max Xaricdə təhsil şirkəti olaraq bu suala öz təcrübələrimizdən və araşdırmalarımızdan yola çıxaraq cavab tapmağa çalışdıq..

Bəli, Türkiyədə ödənişsiz təhsil almaq mümkündür. Ödənişsiz təhsilə keçməzdən əvvəl onu diqqətinizə çatdırmaq istəyirik ki, Türkiyə dövlət universitetlərində təhsil haqqı Azərbaycan dövlət universitetlərindən qat-qat aşağıdır. Özəl universitetlər üçün isə Edu Max şirkəti sizə təhsil haqqında 25-80% endirimli təhsil təklif edir. Bu da onu göstərir ki, Türkiyədə təhsil almaq bir çox ailənin cibinə uyğundur.

Türkiyədə ödənişsiz təhsil almağın yolları :

  1. Türkiyədə ödənişsiz təhsil almağın yollarından biri Türkiyə burslarına müraciət etməkdir. Türkiyə bursları sizin təhsil haqqınızı,yataqxana,yemək,gediş-dönüş bileti və aylıq cib xərclərinizi qarşılayır. Burslara müraciətdə bakalavr pilləsi üçün məktəb ortalama qiymət yüksək olmalı,magistratura pilləsi üçün universitetə giriş balı və GPA yüksək olmalıdır. Bundan əlavə motivasiya məktubu yazılmalıdır.
  2. Ödənişsiz təhsil üçün başqa bir seçim isə vakıf və bələdiyyələrin ayırdığı burslardan yararlanmaqdır. Bu bursların da əsas kriteriyası yüksək ortalama və ictimai aktivlikdir.
  3. Azərbaycanda isə Gənclər Fondu tələbələrə dəstək programlarına qoşulub dövlət hesabına Türkiyədə ödənişsiz təhsil ala bilərsiz. Nəzərə almaq lazımdır ki, bu proqramlar yalnız magistratura və doktorantura pillələrində təhsil almaq istəyən tələbələr üçündür.
  4. Türkiyədə universitetə ödənişli olaraq qəbul olduqdan sonra,həmin universitetdə təhsil aldığınız müddət ərzində hər hansı bir beynəlxalq və lokal şirkətdə işləsəniz,iş həyatınızda və dərslərinizdəki uğurlarınıza görə təhsil haqqını həmin şirkətdə qarşılaya bilər.
  5. Həmçinin “Palmali Holding” Türkiyədə oxuyan Azərbaycanlı tələbələrə maliyyə yardımı göstərməkdədir. Bu təqaüd proqramının əsas məqsədi hazırda Türkiyə Respublikasında Qarabağ qaziləri, məcburi köçkün və şəhid ailələrindən olan bakalavr və magistratura pilləsində təhsil alan tələbələrinə maliyyə dəstəyi göstərmək, ciddi və yaxşı layiq olan tələbələrin təhsillərini davam etdirməsinə təşviq etməkdir.
  6. Bundan başqa “Socar” şirkətinin xəttində olan universitetlərdə də bu şirkət vasitəsilə təqaüdlü təhsil ala bilərsiniz. Bunun üçün ortalama qiymətlərinizin yüksək olması və beynəlxalq olimpiadalarda almış olduğunuz dərəcələr vacibdir.
  7. Bəzi hallarda isə Türkiyə universitetləri Azərbaycanda dəyərləndirmə imtahanları keçirir və həmin nəticələrə görə bir çox tələbəyə təqaüdlü təhsil təklif edir.
  8. Əlavə olaraq, əgər siz Türkiyədə hər hansı bir universitetdə təhsil alırsınızsa, sizin ortalama balınız yüksək olduğu halda universitet növbəti il üçün təhsil haqqında nəticənizə uyğun endirimlər edir.

 

Bəs Edu Max Xaricdə Təhsil Şirkəti sizə nə vəd edir? Edu Max şirkəti arzusunda olduğunuz istənilən universitetdən sizin üçün qəbul alır və ikinci mərhələdə həmin universitetdə təhsil haqqı ödəmədən,tam ödənişsiz olaraq təhsil almağınızı təmin edir. Hal-hazırda yüzlərlə tələbəmiz Türkiyədə ödənişsiz və ya endirimli qiymətlərlə təhsil alır. Siz də bu tələbələrin sırasına qoşulmaq istəyirsinizsə,saytda qeyd olunan nömrə və e-mail adresi ilə və ya İnstagram və Facebook vasitəsilə bizimlə əlaqə saxlayın.

Türkiyə Universitetləri ilə bağlı ətraflı məlumat saytımızda Türkiyə bölməsində mövcuddur.

 

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL