Türkiyə Burslarına müraciət yanvar ayında başlayır!
Bir öncəki yazımızda Türkiyədə ödənişsiz təhsil almaqdan danışmışdıq. İndi isə həmin yazıda qeyd etdiyimiz Türkiyə Bursları haqqında ətraflı məlumat verəcəyik..
Türkiyə Bursları Türkiyədə təhsil almaq istəyən tələbə və abituriyentlərə əla bir fürsətdir. Bu burslar Türkiyədə ödənişsiz təhsil almaq üçün ən uyğun və hərtərəfli təqaüd proqramıdır. Bəs Türkiyə Burslarına müraciət etmək üçün əsas şərtlər nələrdir?
1. Yaş meyarı. Burslara müraciət etmək üçün ən əsas şərt yaş kriteriyasıdır. Bakalavr təhsili üçün 21 yaşın altında olmaq, magistratura pilləsi üçün 30 yaşın altında olmaq, doktorantura təhsili üçün isə 35 yaşın altında olmaq mütləqdir.
2. Ümumi orta müvəffəqiyyət göstəricisi meyarı (GPA). Bakalavr təhsili üçün müracətdə ortalama minimum 70%,magistratura və doktorantura pilləsi üçün 75% olmalıdır. Əgər siz tibb sahəsində hər hansı bir universitetə müraciət edəcəksinizsə,ortalamanın 90% olması vacibdir.
Türkiyə Bursları üçün əsas şərtlər bunlardır və dünyanın istənilən ölkəsinin vətəndaşları bu burslara müraciət edə bilər.
Tələbələri ən çox maraqlandıran mövzulardan biri bursların nələri qarşıladığıdır. Türkiyə bursları bir çox xərclərinizi qarşılayan,hər tərəfli təqaüd proqramıdır. Bunlara nələrin aid olduğuna baxaq..
1. Universitet və ixtisasa yerləşdirmə
2. Aylıq təqaüd ( 1000 Tl civarında)
3. Universitetin təhsil haqqısı
4. Türk dili kursu (1il)
5. Sağlıq Sığortası
6. Gediş bileti (1 dəfəlik)
7. Yataqxana ödənişi
Gördüyünüz kimi bu burslar təhsil aldığınız müddətdə sizin demək olar ki,bütün xərclərinizi qarşılayır.
Bəs Türkiyə Bursları üçün lazım olan sənədlər hansılardır?
1. Passport və ya şəxsiyyət vəsiqəsi
2. Şəkil
3. Hər hansı bir beynəlxalq imtahan nəticəsi (əgər varsa)
4. Diplom və ya oxuduğunuza dair arayış
5. Transkript ( Akademik qiymət cədvəli)
6. Dil imtahanı nəticələri (universitet tərəfindən tələb olunursa)
Təqaüd proqramı sizə 12 seçim qoyur və siz 12 universitet seçimi edirsiz. Yerləşdirmə isə yuxarıda qeyd etdiyimiz kimi proqram tərəfindən edilir.
Edu Max Təhsil Şirkəti olaraq, sizin işinizi asanlaşdırmaq üçün Türkiyə Burslarına lazım olan sənədlərin yığılmasını,müraciət prosesini biz etməyi təklif edirik! Bundan əlavə Edu Max şirkəti əməkdaşları sizə universitet seçimi prosesində də yardımçı olacaqlar. Əmin ola bilərsiniz ki, bizim xarici təhsilli və kifayət qədər təcrübəsi olan əməkdaşlarımız sizin nəticələrinizə uyğun ən düzgün universitet seçimi edəcəklər.
Türkiyə Burslarına müraciət üçün bizimlə əlaqə saxlamağa tələsin!
https://www.turkiyeburslari.gov.tr/