SAT imtahanı ilə Türkiyə universitetlərinə qəbul..

 

Edu Max ilə SAT kursuna 10 Avqust tarixinədək qeydiyyatdan keç, endirim qazan!

 

SAT (Scholastic Aptitude / Assessment Test) əvvəlcə Amerikada ali təhsil almaq üçün yaranmış imtahan olsa da, bu gün bir çox ölkə universitetə qəbul üçün bu imtahanı tələb edir. SAT imtahanı beynəlxalq və ödənişli imtahandır. Dünyanın bir çox ölkəsində ildə 7 dəfə, College Board qurumu tərəfindən keçirilir.

SAT imtahanı SAT1 və SAT2 olmaqla iki yerə bölünür. Bir-birinin davamı kimi görünsə də hər ikisi ayrılıqda imtahandır və bir çox ölkə yanlız SAT 1 imtahanı tələb edir.

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlanmasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir.  Reading hissəsi 52 sual olmaqla 65 dəqiqə, Writing hissəsi 44 sual olmaqla 35 dəqiqə davam edir. “Riyaziyyat” hissəsi isə özlüyündə iki hissədən ibarətdir. Belə ki, birinci hissədə kalkulyatordan istifadə qadağandır və burada kalkulyatorsuz asanlıqla həll oluna biləcək 20 sual verilir. İkinci hissədə isə elmi kalkulyatordan istifadəyə icazə verilir. 38 sual və 55 dəqiqə vaxt verilir. SAT1 imtahanı hər hissə 800-800 bal olmaqla 1600 ballıq sistemlə qiymətləndirilir. Məsələn, Türkiyədə normal bir universitetə qəbul olunmaq üçün minimum 1250 bal toplamaq lazımdır.

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. Sual sayı seçdiyiniz fənnə görə dəyişir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. SAT 2 – də İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dilləri kimi 20 fərqli fənn imtahanından özünüzə uyğununu seçirsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız.

SAT 1 imtahanına 9-10-11-ci sinif şagirdləri və təhsili Türkiyə və başqa ölkələrdə davam etdirmək istəyən bütün gənclər müraciət edə bilərlər.

SAT 1 imtahanı ilə Azərbaycanda ADA universitetinə, Türkiyə,Çin,Amerika kimi ölkələrin prestijli universitetlərinə qəbul olunmaq mümkündür. Türkiyənin Ankara, Hacettepe, Yıldırım Beyazıt,Boğaziçi,Koç,Bilkent,Sabancı kimi lider universitetləri məhz bu imtahan vasitəsilə bakalavr pilləsinə xarici tələbələr qəbul edir.

SAT imtahanına Edu Maxda hazırlaşan tələbələrə xaricəə təhsil üçün konsultasiya və müraciətlər ödənişsiz olacaqdır !

Edu Max şirkəti olaraq sizə professional müəllimlərimizlə SAT üzrə hazırlıq kursu təklif edirik. Biz sizə SAT üzrə yüksək nəticə toplamağı və həmin nəticəyə  uyğun, ən güclü universitetlərə qəbul vəd edirik. Edu Max SAT kurslarına Sentyabr ayından etibarən qeydiyyatı açıq elan edir. SAT hazırlığı ilə ətraflı məlumat üçün saytda mövcud olan nömrə ilə əlaqə saxlaya bilərsiniz..

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL