Avropanın ən sürətli böyüyən iqtisadiyyatı və ən gənc əhalisi olan Polşada hər il universitet təhsili almaq getdikcə daha populyarlaşır. Bəs tələbələr təhsil üçün niyə ən çox bu ölkəni seçirlər ? Bu yazımızda Polşada oxumağın üstünlüklərindən danışacayıq..
İlk olaraq aşağı qiymətlərlə illik 1500 avrodan başlayan təhsil haqqı ilə Polşada təhsil ala biləcəksiniz. Bu qiymət bir çox Avropa ölkəsinə görə olduqca aşağıdır.
Polşa universitetlərinin diplomları Avropa Birliyi və bütün dünyada etibarlıdır və tanınır.
Avropada yaşayacaqsınız, Şengen vizası ilə Şengen bölgəsi boyunca sərbəst hərəkət etmə üstünlüklərindən istifadə edəcəksiniz. Belə ki, sadəcə təhsil almış olmayacaqsınız , həm də Avropanı gəzəcək və dünya görüşünüzü artıracaqsınız.
Polşa universitetləri Avropa Birliyi Universitet dərəcələrini təklif edir. Bu yolla, ölkənizdə və ya AB ölkələrində peşənizi asanlıqla icra edə biləcəksiniz.
Polşa, təhsilini ölkənin hüdudlarında bitirən tələbələrə həmişəlik işləmə icazəsi verən bir AB ölkəsidir. Bir çox böyük qlobal şirkətlərin baş ofisi Varşavada yerləşir və iş tapmaq digər Avropa ölkələrinə nisbətən daha asandır. Bundan başqa Polşada oxuyan müddətdə də öz xərclərinizi qarşılamaq üçün işləyə bilərsiniz.
Polşada yaşayış xərcləri bir çox Avropa Birliyi ölkələrinə nisbətən daha qənaətlidir.
Polşada bakalavr təhsili bitirmisinizsə, ALES, GRE, GMAT kimi bir akademik imtahan lazım olmadan birbaşa magistr və ya doktorantura proqramına keçə bilərsiniz.
Polşa universitetlərinə qəbul almaq üçün bizə müraciət edə bilərsiniz.
https://edumax.az/kataloq/polsa/