Niyə Türkiyədə təhsil?


Xaricdə təhsil almaq ölkəmizdə demək olar ki, hər bir gəncin arzusudur. Təhsilin keyfiyyəti, onun büdcəyə uyğunluğu, təhsil alacağı ölkənin yaşayış şərtləri isə tələbəni düşündürən suallardandır. Hal-hazırda tələbələrin əksəriyyəti təhsil almaq üçün Türkiyəyə üz tutur. Türkiyədəki təhsil həm bir çox ölkədən daha keyfiyyətli, həm də Amerika, Avropa ölkələrinə nisbətən dəfələrlə ucuzdur. Tələbələr bu ölkəyə  bakalavr, magistratura və doktorantura pillələri üzrə həm attestatla, həm də imtahan verərək qəbul oluna bilirlər. Bakalavr pilləsi üçün YÖS, SAT imtahanları ilə  və ya attestatla müraciət etmək mümkün olduğu halda, magistratura və doktorantura pillələri  üçün isə tələbələr yuxarda qeyd olunan imtahanlardan əlavə ALES,TOEFL,GMAT,GRE imtahanlarını verərək də qəbul oluna bilərlər . Qəbul şərtləri,imtahanlar və qəbul zamanları universitetdən universitetə fərqlənir. Bu haqda ən dəqiq məlumatı hər bir universitetin rəsmi saytından almaq daha məqsədəuyğundur.

Türkiyədə təhsil sizə bütün dünyada tanınan diplom, peşəkar müəllimlərlə keyfiyyətli dərslər, hər zaman sizə lazım olacaq dünyagörüşü, modern və təchizatlı kitabxanaların və laboratoriyaların yerləşdiyi korpuslarda dərslər vəd edir. Bunlardan əlavə siz Türkiyədə təhsil aldığınız zaman istər türk, istərsə də başqa millətlərdən insanlarla yeni tanışlıqlar qura və öz dil biliklərinizi genişləndirə bilərsiniz. Həmçinin başqa millətlərin mədəniyyətini öyrənmək sizə maraqlı olacaq və öz dünyagörüşünüzü inkişaf etdirəcək.

 

Türkiyə haqqında ətraflı məlumatı aşağıdakı linkdən tapa bilərsiniz.

https://edumax.az/kataloq/turkiye/

 

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL