New York`da tələbə olmaq..

Təəccüblü deyil ki, Amerika xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün ən çox seçilən ölkədir. Çünki dünyanın ən yaxşı universitetləri, ən yaxşı ali təhsil sistemi, nüfuzlu bir gələcəyi və iş imkanları ilə Amerika hər il daha çox tələbə cəlb edir. Amerikanın ən yaxşı tələbə şəhərlərindən biri olan New York, tələbələrin Amerika xəyalını reallaşdırması üçün saysız imkanlarla doludur. Amerikada təhsil almaq tələbələrə böyük təcrübə və fürsətlər təklif edərkən, New York kimi şəhərlər qlobal biznes imkanları ilə diqqəti cəlb edir. New York`dakı universitetlər tələbələrə xüsusilə moda, rəssamlıq, teatr, kino, dizayn kimi sahələrdə yüksək keyfiyyətli təhsil təqdim edərkən, şəhər tam bir mədəniyyət mərkəzidir. 500-dən çox sənət qalereyası, 2000-dən çox mədəni tədbir və təşkilatlar, o cümlədən teatr, musiqi və vizual incəsənət sahələrinə ev sahibliyi edir.

New York`da əyləncəli tələbə həyatı keçirmək istəyirsinizsə, şəhəri bilməlisiniz. Şəhərlə tanış olmaq üçün Nyu Yorkun bölgələrini bilmək çox vacibdir … New York; Manhattan, Brooklyn, Queens, Bronx və Staten Island adlanan 5 bölgədən ibarətdir. Bütün bölgələr inkişaf etmiş metro xətləri ilə bir-birinə bağlanır. New York dünyanın nəbzini vuran bir şəhər olduğundan mədəniyyət, sənətdən qida və içkiyə, texnologiyadan iqtisadiyyata, dəbdən təhsilə qədər bir çox mövzuda maraqlarınıza uyğun fəaliyyətlərdə iştirak edə biləcəksiniz. Şəhərdəki muzeylərə baş çəkmək, tarixi restoran və kafelərdə yemək, teatr və musiqi əsərlərini seyr etmək və ya sadəcə gəzmək belə özünüzü inkişaf etdirməyə imkan verəcəkdir.

İndi isə New York`da mütləq getməli olduğunuz 5 yeri qeyd edirik..

Times Square :New York`un ən tanınmış filmlərə mövzu olan yeri Times Square hər il milyonlarca turist qəbul edir.

Brooklyn Bridge : Brooklyn və Manhattanı bir-birinə bağlayan və Dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən körpü dövrünün ən yaxşı Gothic binalarından biridir.

Central Park : Özündə 25 mindən çox heyvan,bitki və quş növlərinə və bir şəlaləyə ev sahibliyi edən bu park dünyaca ən məşhur parkdır.

Statue of Liberty : New Yorkun daha bir cəlbedici nöqtəsi Azadlıq Heykəlidir.

Empire State Building : Tək Amerikanın deyil bütün dünyanın ən məhşur binasıdır.

 

New York`da tələbə olmaq sizə təhsildən əlavə çox böyük təcrübə və dünya görüşü qatacaqdır.

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL