YÖK-ün yeni qərarı MYÖS imtahanı nədir ?

Bildiyimiz kimi, YÖK (Yüksek Öğretim Kurumu) yeni qərar qəbul etdi. Bu qərarda nəzərdə tutulur ki , Türkiyədə hər universitetin keçirdiyi ayrı-ayrı YÖS imtahanları ləğv olunur, onun əvəzinə ümumi yəni, Mərkəzi YÖS imtahanı keçirilir. Hələ dəqiq və geniş məlumat olmadığı üçün bu imtahanın ildə neçə dəfə keçiriləcəyi ilə bağlı dəqiq bir söz demək mümkün deyil. İmtahanın yay aylarında keçiriləcəyi gözlənilir. Bundan əlavə olaraq qərarda deyilir ki, Türkiyə dövləti mühəndislik,tibb,diş həkimliyi,əczaçılıq,müəllimlik,hüquq kimi ixtisaslara tələbə qəbulunu yalnız MYÖS imtahanı ilə həyata keçirəcək. Digər ixtisaslara isə əvvəlki kimi YÖK-ün qəbul etdiyi beynəlxalq imtahanlar və attestatla qəbul mümkün olacaqdır.

Bu zamana qədər YÖS nəticəsi ilə tələbə qəbul etməyən top universitetlərin (Koç,Sabancı,ODTÜ,Hacettepe,İTÜ və.s) bu qərara reaksiyasının necə olacağı hələ ki, bilinmir.

MYÖS imtahanın hansı fənlərdən keçiriləcəyi ilə bağlı məlumat yoxdur amma düşünülür ki, bu imtahan da Riyaziyyat,Məntiq və Həndəsədən ibarət olacaqdır. Onu da bildirmək istəyirik ki, bəzi top universitetlərin bu fənlərdən başqa Biologiya, Kimya,Fizika kimi fənlərdən də imtahan götürəcəyi ilə bağlı xəbərlər də yayılıb.

Bundan əlavə olaraq MYÖS imtahanının yalnız türk dilində yox , ingilis,rus,alman,ərəb,fransız dillərində də keçiriləcəyi deyilir. Bu o deməkdir ki ,ingilis dilində təhsil almaq istəyən tələbələr də bu imtahanı ingilis dilində verə biləcəkdir. Son aldığımız məlumatlara görə bu imtahan Türkiyədən başqa ölkə və şəhərlərdə də keçiriləcəkdir. İmtahanın ödənişli olması gözlənilir.

Bu qərardan sözsüz ki, ən çox narahat olan təbəqə SAT imtahanına hazırlaşan tələbələrdir. Qərara əsasən 2022-2023-cü tədris ili üçün Türkiyədə top ixtisaslara SAT imtahan nəticəsi ilə qəbul dayandırılır. Belə çıxır ki, illərdir SAT imtahanına hazırlaşmış və nəticəsi olan şagirdlər həmin ixtisaslar üzrə bu nəticə ilə müraciət edə bilməyəcəklər. Qərar haqqında tam ətraflı məlumat olmadığı üçün bizim məsləhətimiz şagirdlərin SAT hazırlığına davam etmələri və imtahanlarda iştirak etmələridir. SAT nəticəsi ilə ADA universiteti, Amerika və Avropa ölkələri düşünən şagirdlər isə ümumiyyətlə bu qərara önəm verməsinlər. Çünki qərar Türkiyə universitetlərinə şamil olunub.

 

Bundan sonra veriləcək qərarlarla bağlı növbəti yazılarımızda məlumat verəcəyik..

 

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL