Viza

Viza almaq üçün hansı sənədlər hazırlanmalıdır? Vizanı neçə günə ala bilərsiniz?

Türkiyədə təhsil üçün viza tələbi var mı?  

Bir çox əcnəbi ölkə vətəndaşları təhsilini Türkiyədə davam etdirməsi üçün öz ölkələrindəki səfirliklərə yaxınlaşaraq tələbə vizası əldə edirlər. Azərbaycan vətəndaşları üçün Türkiyə dövləti tərəfindən hər hansı bir təhsil vizası tələbi yoxdur. Ölkəyə daxil olduğunuz 29 gün ərzində universitet qeydiyyatını tamamladıqdan sonra GÖÇ idarəsinə (Miqrasiya mərkəzi) lazımi sənədlərlə müraciət etməniz tələb olunur. Bu proses şirkətimizin əməkdaşları tərəfindən təmənnasız olaraq həyata keçirilir.

 

Tələbələr üçün iş imkanları

Türkiyədə və digər Avropa ölkələrində tələbə üçün həftəlik 20 saat rəsmi iş icazəsi verilir. İstər magistratura istərsə də bakalavr tələbəsi işləmək hüququna malikdir.