Qəbul şərtləri

Qəbul almaq üçün hansı sənədləri hazırlamalıyam? Hansı imtahan nəticələri tələb olunur?

Türkiyədə təhsil almaq üçün xarici tələbələrdən istənilən sənədlər aşağıdakı kimidir

Bakalavr pilləsi üzrə sənədlər:

  • Attestat və ya arayış: Bir çox orta təhsil qurumlarında və ya məktəblərdə diplom (attestat) zamanında verilmədiyinə görə tələbələrimizin son kursda/sinifdə oxuduğuna dair sənəd gətirmələri kifayətdir.
  • Transcript oxuduğunuz təhsil müddətində bütün dərslərinizin qiymətlərini və not ortalamasını göstərən bir sənəddir. Bu sənəd məktəbinizdəki məsul şəxs tərəfindən göstərdiyimiz formatda doldurulmalı və şirkətimizə təqdim olunmalıdır. Sənəd türk dili və ya ingilis şriftləri ilə doldurulmalıdır. Sənəd tamamilə komputer vasitəsilə doldurulmalı, print edilməli və sadəcə məktəb direktoru tərəfindən möhürlənib imzalanmalıdır.
  • Xarici pasport : Sənəd turk dilinə tərcümə təsdiq edilməlidir. Əgər pasportunuz hələ yoxdursa şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərsiniz. Unutmayın ki qeydiyyata gedərkən sizdən pasport tələb olunacaq.
  • İmtahan: YOS, TYS, TOEFL, SAT kimi imtahan nəticələri müvafiq proqramlara uyğun olaraq tələb olunur. 
  • Fotoşəkil: 4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil təqdim etməlisiniz.
  • Etibarnamə: Əgər tələbənin yaşı 18dən aşağıdırsa hər iki valideyn tərəfindən imzalı şəkildə etibarnamə təqdim edilməlidir
  • Sponsorluq Kağızı ( Hər hansısa bir şəxs oxuyacağınız müddət ərzində bütün təhsil xərclərinizi qarşılayacağına dair natariusda ərizə verməlidir bu ata ana və ya başqa bir şəxs ola bilər. Bu sənəd bəzi hallarda  lazım olur,ehtiyac olsa mütəxəsislərimiz sizə bildirəcəklər)
  • Denlik belgesi: Attestatınızı Bakı Türkiye Eğitim Müşavirliyinə təqdim etməklə əldə edə bilərsiz.(Ünvan : Alibey Hüseyinzade Küç. 77, Nizami met. yaxınlığı)

Magistratura pilləsi üzrə sənədlər:

  • Diplom və ya arayış – Müraciət üçün diplomunuzu hələ almamısınızsa son kursda oxuduğunuza dair arayış gətirməyiniz tələb olunur.
  • Transcript – Oxuduğunuz təhsil müddətində bütün dərslərinizin qiymətlərini və not ortalamasını göstərən bir sənəddir. Bu sənədi bir çox universitet diplom əlavəsi kimi təqdim edir. Amma diqqət yetirməyiniz tələb edilən məqam sənəddə ən sonda ümumi ortalamanın olmasıdır.
  • Xarici pasport – Sənəd turk dilinə tərcümə təsdiq edilməlidir. Əgər pasportunuz hələ yoxdursa şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərsiniz. Unutmayın ki qeydiyyata gedərkən sizdən pasport tələb olunacaq.
  • İmtahan – ALES, YDS, TYS, GMAT, GRE kimi imtahan nəticələri müvafiq proqramlara uyğun olaraq tələb olunur. 
  • Fotoşəkil – 4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil təqdim etməlisiniz.
  • CV – europass formatda olması arzuolunandır. 
  • Referans məktubu (reference letter) – Universitetdə ən yaxın münasibətiniz olan, yüksək göstərici əldə etdiyiniz fənn müəllimindən alacağınız sənəd (sənədə bax)
  • Motivasiya məktubu (motivation letter) – Həyat təcrübənizin, ümumi oxuduğunuz əldə etdiyiniz biliklərinizin müraciət edəcəyiniz proqrama düzgün şəkildə əlaqələndirildiyini göstərən məktub. Unutmayın, bu məktub sizin müraciət etdiyiniz sahə üzrə ən ideal kandidat olacağınızı göstərən sənəddir !

Doktorantura pilləsi üzrə sənədlər:

  • Diplom və ya arayış Müraciət üçün diplomunuzu hələ almamısınızsa son kursda oxuduğunuza dair arayış gətirməyiniz tələb olunur.
  • Transcript – Oxuduğunuz təhsil müddətində bütün dərslərinizin qiymətlərini və not ortalamasını göstərən bir sənəddir. Bu sənədi bir çox universitet diplom əlavəsi kimi təqdim edir. Amma diqqət yetirməyiniz tələb edilən məqam sənəddə ən sonda ümumi ortalamanın olmasıdır.
  • Xarici pasport – Sənəd turk dilinə tərcümə təsdiq edilməlidir. Əgər pasportunuz hələ yoxdursa şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərsiniz. Unutmayın ki qeydiyyata gedərkən sizdən pasport tələb olunacaq.
  • İmtahan – ALES, YDS, TYS, GMAT, GRE kimi imtahan nəticələri müvafiq proqramlara uyğun olaraq tələb olunur. 
  • Fotoşəkil – 4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil təqdim etməlisiniz.
  • CV – europass formatda olması arzuolunandır. 
  • Referans məktubu (reference letter) – Universitetdə yüksək göstərici əldə etdiyiniz fənn müəllimindən alacağınız sənəd (sənədə bax)