Our Young Pre classroom is for ages his age group is.
Niyə Türkiyədə təhsil?
Hər keçən gün daha çox xarici tələbə Türkiyədə təhsil almaq istəyir. Bəs niyə tələbələr Türkiyədə təhsil almaq istəyirlər?
Mədəniyyət
Türkiyə çox fərqli mədəniyyətlərin bir yerdə yaşadığı, köklü bir keçmişə sahib ölkədir. Coğrafi nəzərdən tam bir keçiş nöqtəsindədir və doğurdan da bir körpü rolunu oynamaqdadır.
Türkiyədə özünüzü eyni zamanda həm yerli həm də xarici vətəndaş kimi hiss etməyiniz mümkündür. Osmanlı, yunan, ərəb, Aralıq dənizi, balkan mədəniyyətlərindən parçalarını Türkiyədə tapmaq olar.
Türkiyədə fərqli mədəniyyətlərə qarşı tolerantlıq hakimdir. İnsanları fərqli mədəniyyətlərə hörmət etdiklərini, əliaçıq və dostcanlı olduqlarını görə bilərsiniz. İqlim, təbiət,tarix,mədəniyyət şəhərdən şəhərə, kənddən kəndə dəyişir. Bir sözlə Türkiyədə heçvaxt sıxılmayacaqsınız..
Həyat Xərcləri
Avropa ölkələri ilə müqayisə etsək Türkiyədə həyat xərcləri daha münasibdir. İstanbul kimi kozmopolit bir şəhərdə belə çox uyğun qiymətlərlə yaşamaq seçimləriniz mövcuddur. Dövlət universitetlərinin illik təhsil haqqları büdcənizə uyğun; özəl universitetlər isə Avropa və Amerika universitetlərinə nisbətdə olduqca uyğun təhsil haqqına sahibdirlər..
Təhsil və Araşdırma
Türkiyə əsrlərdir akademik müvəffəqiyyətlərə ev sahibliyi etmiş bir ölkədir. Akademiklər təkcə elmi müvəffəqiyyətləriylə deyil , eyni zamanda tələbələrinə dəstək olmaları ilə də məşhurdurlar. Bir çox ən son texnologiyalara sahib orta ümumtəhsil məktəbləri və universitetlər mövcuddur. Humanitar elmlərdən sənətkarlığa, tibdən mühəndislik ixtisaslarına qədər hər mövzuda keyfiyyətli bir təhsil almaq mümkündür.
Təcrübə
Fərqli bir ölkədə, fərqli bir mədəniyyət içində yaşamaq həyatınızda çox qısa bir zamanda gözəl təcrübələr əldə etməyinizə səbəb olur və daha məhsuldar bir professional, sosial və akademik həyata qapılar açır. Əlbəttə, dünya görüşünüz də zənginləşir!
Yer
Türkiyə Asiya ilə Avropa, Afrika və Rusiya, Balkanlar və Yaxın Şərq arasında bir körpü rolunu oynayır. Türk dilini öyrəndikdən sonra yeni dostluqlar qazana bilərsiniz.