Tez-Tez Soruşulan Suallar (FAQs)

Türkiyədə yaşamla əlaqədar olan bir neçə sualları cavablandırmağa çalışacağıq

1. Türk universitetlərinə daxil olmaq üçün hansı şərtlər mövcuddur? Xarici tələbələr hansı imtahanlarla müraciət etməlidirlər və ortalama nəticələri necə olmalıdır ?

Orta ümumtəhsil məktəb diplomu(attestat) yada onunla eyni səviyyədə sayılacaq diplomlara (kollec diplomu) sahib olan tələbələr Türkiyədə universitet təhsili ala bilərlər. Eyni şəkildə bakalavr səviyyəsində təhsilini tamamlayan tələbələr də magistratura təhsilinə müraciət edə bilərlər.Bu halda, Türkiyənin Ali Təhsil Qurumu (YÖK) -na müraciət edərək diplomlarının Türkiyədəki etibarlılığını öyrənə bilərlər.

Əvvəllər xarici tələbələrin YÖS (Xarici Tələbə İmtahanı)-ə girmələri zəruri idi ancaq indi hər universitet özü imtahan təşkil etməkdədir. İmtahanlarda istənən ballar da universitetdən universitetə dəyişiklik göstərməkdədir.

Türkiyədə tibb təhsili 6, dişcilik və baytarlıq təhsili 5 ildir. Digər bakalavr ixtisaslarının təhsil müddətis isə ümumilikdə 4 ildir.
Ümumiyyətlə magistratura proqramlarında bakalavr diplom qiymətlərinin ədədi ortasının ən az %55 olması istənilir. Müdafiəsiz magistratura proqramları da mövcuddur.
Doktora proqramları için isə magistratura diplom qiymətlərinin ədədi ortasının ən az %65 olması istənilir.
Bəzi universitetlərdə İngilis dilində təhsil almaq mümkündür, ancaq təhsil dili adətən Türk dilidir və bu proqramlarda təhsil almaq üçün Türk dili imtahanına (TYS) girməyiniz zəruridir. İngilis dilindəki proqramlar üçün isə TOEFL, YDS kimi imtahanlara girmək və yetərli balı toplamaq gərəklidir.

Tələbələr proqramlara Payız və Yaz sessiyalarında qəbul edilir.

1. Ana dilim İngilis dili deyil amma öz ölkəmdə İngilis dilində təhsil almışam, yenə də İngilis dilində səviyyə isbatlama imtahanlarına girməliyəm mi?

Adətən dil səviyyənizi isbat etməyiniz zəruridir ancaq təhsilinizi 100% göstərən arayis və ya proqramda tələb edilən ingilis dili imtahan nəticəsi tələb olunduğuna görə imtahan verməli olacaqsınız..

2. Thsil aldığım universitetdəki dərslərimi Türkiyə universitetlərinə transfer etməyim mümkündür mü?Eyni dərsləri bir daha almamaq kimi bir şansım var mı?

Bu mövzuda universitetlər dərslərin məzmunu və başqa kriteriyaları nəzərə alaraq qərar verirlər. Eyni kriteriyalara sahib dərslər adətən transfer olunur, yəni o dərsi bir daha almaq məcburiyyətində qalmırsınız. Ümumilikdə isə dərslərin çoxusu sayılmır və 0 dan başlayırsınız..

3. Türkiyədəki ən yaxşı Türk dili kursları hansılardır?

Bu mövzuda heç bir tərəf tutmuruq ancaq təcrübəmizə dayanaraq TÖMER və DİLMER olduğunu qeyd edə bilərik.

4. Türkiyədəki ən yaxşı İngilis dili kursları hansılarıdır?

Bu mövzuda da hər kəsin öz öyrənmə stilinə görə fərqli kurslar olmaqla birlikdə ən təcrübəli kurslar olaraq Celt və British Council kurslarını örnək göstərmək olar.

5. Şimali Kipr Türk Respublikasında təhsil almaq necə fikirdir?

O qədər də məsləhət deyil. Türkiyə və ya Avropa daha yaxşıdır

6. Türkiyədə hüquq, tibb ya da mühəndislik təhsili ala bilərik mi?
Arzu etdiyiniz hər ixtisas üzrə Türkiyədə təhsil almağınız mümkündür. Sadəcə universitet və proqramın tələblərini yerinə yetirmək kifayətdir…

7. Bir dövlət universitetində təhsil almaq məsləhətdir ya özəl ?
Türkiyədə dövlət universitetləri köklü bir keçmişə sahib olub təhsil keyfiyyətləri yüksəkdir. Ancaq zəmanə tələblərinə və perspektivə görə özəl universitetlər daha öndədir..

8. Universitet yataqxanalarının şəraiti necədir?
Bir çoxu komfortludur və yemək hazırlaya biləcəyiniz mətbəxləri yada yemək ehtiyacınızı qarşılaya biləcəyiniz kantin və yeməkxanaları mövcuddur. Adətən qız və oğlan tələbələrin yataqxanaları fərqlidir. Otaqlar bir nəfərlik olmaqla bərabər bəzi yataqxanalarda 4-6 nəfərlik də olur.

9. Türkiyədə təhsil almaq üçün təqaüd imkanları mövcuddur mu?
Özəl universitetlərin demək olar ki hamısının öz təqaüd proqramları var. Bu təqaüdlərdən başqa Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin də xarici tələbələr üçün təqaüd imkanları, özəl və dövlət təqaüdləri də mövcuddur.

10. Özəl və dövlət universitetlər arasındakı fərq nədir?
Özəl universitetlər dövlət universitetləri ilə müqayisədə daha perspektivli və keyfiyyətlidir. Nəinki Türkiyədə dünyanın hər bir yerində özəl universitetlərin rating i daha öndədir. Özəl universitetlərin təhsil haqqları da verdiyi təhsil, ortam və yeniliklərə görə dövlət universitetlərindən nisbətən yüksəkdir.

Dövlət universitetlərində nə qədər təhsil haqqı ödənilir?

Xarici tələbələr üçün dövlət universitetlərində illik təhsil haqqı 200 -1000 AZN təşkil edir. Təhsil haqqı universitetə və fakultəyə görə dəyişməkdədir.

Özəl universitetlərin təhsil haqqları nə qədərdir?
Bakalavr üçün ödənişlər 3000 $ – 27000$, magistratura pilləsi üçün 1250$ – 20.000$ arasında dəyişməkdədir.

Türkiyəyə gələndə özümlə nə gətirməliyəm?
Hər bölgə və şəhərin iqlimi dəyişik olduğu üçün gedəcəyiniz şəhərin şərtlərinə uyğun olaraq ehtiyatınızı almağınız məsləhət görülür.