Universitetlər

Polşada təhsil və universitetlər:

Polşada 500-ə yaxın təhsil müəssisəsi vardır . Böyük bir hissəsi özəl kollec və universitetlərdən ibarətdir. Polşanın bir çox dövlət universitetlərində Bakalavr və Magistratura təhsili ala bilərsiz. Burada təhsil ingilis və polyak dilindədir. Polşa universitetlərində bakalavr təhsili üçün 11-ci sinfi bitirmək kifayətdir. 11-ci sinfi bitirdikdən sonra IELTS və yaxud da TOEFL imtahanı verərək birbaşa bakalavr dərəcəsində təhsil almaq mümkündür. Bakalavrda təhsil müddəti əsasən 3, bəzən 4 ildir(Tibb xaric ). Əgər TOEFL və yaxud da IELTS nəticəsi yoxdursa, 1 il hazırlıq keçdikdən sonra təhsil almaq mümkündür. Magistratura təhsili almaq üçün isə, bakalavr dərəcəsi və IELTS ya da TOEFL imtahanı nəticəsi yetərlidir. Magistr təhsili 1.5 və ya 2 ildir. Təhsil haqları 1000-10000 euro dövlət , 2000-20000 özəl universitetlər arasında dəyişir .

Təhsil ala biləcəyiniz ən yaxşı universitetlər:

  • Varşava Universiteti
  • Varşava İqtisadiyyat Universiteti (SGH)
  • Varşava Texniki Universiteti
  • Varşava Tibb Universiteti
  • Vistula Universiteti
  • Lazarski Universiteti
  • Dombrova Qurniça Biznes Universiteti
  • Krakov İqtisad Universiteti
  • Krakov Texniki Universiteti
  • Vroslav Universiteti
  • Vroslav İqtisadiyyat və Biznes Universiteti
  • Lublin Katolik Universiteti (KUL)
  • Adam Mickiewicz Universiteti
  • Lodz Universiteti
  • Poznan Universiteti
  • Poznan İqtisad Universiteti
  • Poznan Tibb Universiteti
  • Poznan Texniki Universiteti
  • WSB Dąbrowa Górnicza
  • SWPS Universiteti