İtaliyada təhsil

Xaricdə təhsil almaq istəyən tələbələrin etdiyi seçimlərdən biri də İtaliyada təhsildir. İtaliya dövləti  Bologna,Milan,Roma,Pavia,Turin,Pisa və.s kimi prestijli şəhərlərin universitetlərində bakalavr,magistratura ve doktorantura pillələri üzrə təhsil vəd edir.İtaliyada təhsil əsasən italyan dilində olsa da, burada ingilis dilində də təhsil almaq mümkündür. Bunun üçün IELTS, TOEFL kimi beynəlxalq sertifikata sahib olmalısınız. İtaliya universitetlərinin təhsil haqları digər Avropa ölkələrinə görə daha aşağıdır. İtaliyada təhsil üçün təhsil haqqı universitetdən universitetə fərqlənsə də 1000-8000 Avro arasında dəyişir.Həmçinin İtaliya bir çox təqaüd proqramları ilə də xarici tələbələri cəlb etməkdədir. Bakalavr pilləsi üzrə İtaliyada təhsil almaq üçün sizə 12 illik orta məktəb təhsilini təsdiq edən arayış,transkript,şəkil,xarici pasport, motivasiya və tövsiyyə məktubu lazımdır. Magistratura pilləsi üçün isə bakalavr diplomu və ya arayış,transkript,şəkil,pasport,cv,tövsiyyə və motivasiya məktubları gərəklidir. Magistratura pilləsi üzrə İtaliyada təhsil aldığınız müddətdə siz həftədə 20 saat olmaqla işləyə bilərsiniz ki, bu sizin həm gəlirinizi artıracaq, həm də ixtisasınız üzrə təcrübə qazanmış olacaqsınız. Bundan əlavə magistr dərəcənizi bitirdikdən sonra hökumət 6 aydan 1 ilə qədər ölkədə yaşamaq üçün  sizə zaman verəcək ki, siz iş tapasınız. Beləliklə, siz yenidən viza almaq üçün zaman itirməmiş olmayacaqsınız.

İtaliyada təhsilindən əlavə turizmi ilə də məşhur ölkədir. Burada oxuduğunuz zaman siz məşhur italyan yeməkləriylə tanış olacaqsınız. Onu da qeyd etmək lazımdır ki, burada hər büdcəyə uyğun  italyan restoranları mövcuddur. İtaliyada siz asudə vaxtınızı keçirəcək fəaliyyətlər tapacağınıza və heç vaxt darıxmayacağınıza əmin ola bilərsiniz.

 

İtaliya haqqında ətraflı məlumat aşağıdakı linkdə mövcuddur.

https://edumax.az/kataloq/italiya/

 

 

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL