Edu Max Xaricdə Təhsil Şirkəti Türkiyənin top universitetlərində təhsil şanslarını sizin üçün araşdırmağa davam edir!
Türkiyənin sosial bilimlər üzrə Top 10 Universitetləri siyahısına daxil olan Özyeğin Universitetində endirimlə təhsil almaq bizimlə mümkündür!
Özyeğin Universiteti 2008-ci ildə, Hüsnü M. Özyeğin Vakfı tərəfindən yaradılmış özəl universitetdir. Araşdırmaçı və təşəbbüskar öyrənmə mərkəzi olaraq cəmiyyətə xidmət göstərmək üçün qurulan Özyeğin Universiteti, tələbələrinə əlavə dəyər yaradan, ortaya çıxan peşələr haqqında dərin biliklərə sahib olan, xarici dil biliklərinə sahib yenilikçi bir təhsil modeli təqdim edir. Özyeğin Universitetin məqsədi sadəcə “Professionallar” deyil, “Girişimciler” yetişdirməkdir.
Özyeğin Universitetində təhsil almağın üstünlükləri nələrdir ?
- Avropa və Amerika universitetlərindən gəlmiş akademik heyət
- Universitetdə təhsil aldığınız müddətdə ödənişli təcrübə proqramları vasitəsilə əlavə gəlir qazanma imkanı
- Dünyanın ən güclü universitetləri səviyyəsində təhsil imkanları
- Universitetin ikinci ilindən etibarən özəl şirkətlərdə staj təklifləri.
- Avropa, Amerikanın prestijli universitetlərində Erasmus etmə şansı.
- Özyeğin Universitetinin Girişimciliyə (Entrepreneur) dəstək olması. Hər il iş fikirləri üçün müraciətlər olunur və uyğun görülən fikir universitetdə tətbiq olunur
- Təqaüd imkanlarının çoxluğu
Edu Max Xaricdə Təhsil Şirkəti ilə siz akademik göstəricilərinizə uyğun olaraq Özyeğin Universitetində 25-35-50-70% endirimli təhsil ala bilərsiniz.
Xidmətlərimiz :
- Müraciət üçün lazım olan sənədlərin toplanmasına kömək və tərcümə-təsdiqi.
- Universitetlərə müraciət edilməsi, lazım gəldikdə sənədlərin birbaşa Türkiyəyə göndərilməsi
- Qəbulun alınması
- Qeydiyyat prosedurunda köməklik
- Türkiyəyə getdikdə qarşılama-yerləşdirmə. Qalacaq yerin tapılması, yataqxana və ya kirayə evin təşkil olunması
- Oturma izninin alınması
Özyeğin Universitetində endirimli təhsil almaq üçün bizimlə əlaqə saxlayın!