Edu Max şirkəti olaraq sizlər üçün Barselona və ümumilikdə İspaniya universitetlərində həm təhsil,həm də praktika imkanı təklif edirik!
Əziz tələbələr, bildiyiniz kimi qloballaşan dünyamızda artıq sadəcə yüksək reytinqli universitetlərdən məzun olmaqdan ziyadə sahənizlə bağlı iş və praktika imkanlarına önəm verilir. Bu kimi faktorları nəzərə alaraq Edu Max Xaricdə Təhsil Mərkəzi olaraq biz sizlərə Avropanın ən qabaqcıl ölkələrindən olan İspaniyada həm iş həm də praktika imkanı təklif edirik!
İqtisadi bir infrastruktur olaraq Avropanın ən inkişaf etmiş şəhərlərindən biri olan Barselona, memarlığı ilə insanları valeh edir və İspaniyanın ən yaxşı universitetlərini özündə birləşdirən Kataloniya bölgəsində olduğu üçün xaricdə təhsil almaq istəyən tələbələr tərəfindən tez-tez seçilir. İspaniyanın universitetlərində təhsil almağın ən vacib üstünlüyü dünyanın bir çox ölkəsində danışılan yeni bir dil öyrənmək imkanındadır. Bundan əlavə, İspaniya universitetləri xüsusilə incəsənət, ictimai elmlər, biznesin idarə edilməsi, biznes-ticarət, rabitə, rəqəmsal biznes və ya beynəlxalq biznes sahələrində güclü bir təhsil təklif edir. İspaniyada təhsil daha çox özəl universitetlərdə verildiyindən nisbətən daha yüksək ödənişlərlə üzləşirik. Təhsil haqqı ildə 4.000-5.000 € olan universitetlərlə qarşılaşsaq da, bir çox özəl universitetlərdə 8.000 avrodan yuxarı və ya IE Universiteti kimi nüfuzlu universitetlərdə 20.000 € qədər görmək mümkündür.
İndi isə keçək Barselonada yaşayış xərclərinə.. Əyləncəli quruluşu sayəsində rəngli bir tələbə həyatı axtarışında olan tələbələri heç vaxt peşman etməyəcək bu şəhərdə ali təhsil yaxşı bir iqtisadi planlaşdırma tələb edir. Şəhərin yerləşmə imkanları bölgədən bölgəyə dəyişsə də, Barselonada bir tələbənin yerləşməsi üçün ayda 250- 500 Avro kifayət edəcəkdir. Tələbə yataqxanaları, mənzillər, tələbə evləri və məktəbə yaxın mənzillər Barselonada oxuyan tələbələr üçün ümumi yaşayış variantlarıdır. Barselonada nəqliyyat son dərəcə əlverişlidir. Metro, taksi, avtobus, avtomobil və velosiped icarəsi kimi variantların olduğu Barselonanın geniş nəqliyyat şəbəkəsi sayəsində şəhərin bir ucundan digər ucuna asanlıqla gedə bilərsiniz. Buradakı sosial həyatınız üçün xərcləriniz isə 5-150 Avro arasında dəyişəcəkdir. Yemək və içki baxımından Barselonada dünyanın bütün mədəniyyətlərindən yemək tapa bilərsiniz və özünəməxsus Kataloniya mətbəxindən zövq ala bilərsiniz. Barselonada oxuyan bir tələbənin yemək və içki üçün ayda 150 – 200 avro büdcəsi ayırması kifayət edər.
Edu Max şirkəti olaraq biz tələbələrimiz üçün Barselona və ümumilikdə İspaniya universitetlərinə qəbul alırıq. Keçdiyimiz illərdə, tələbəmiz olan Yusif Xəlilov üçün Barselonanın prestijli universiteti olan HTL (International School of Hospitality, Tourism and Languages) universitetinə aldığımız qəbul nəticəsində o, bu sahədə ixtisaslaşmış və Barselonada təhsil aldığı müddətdə öyrəndiklərini ölkəmizdə tətbiq edir. Yusif burada `Master in Food and Beverage Management and Service` üzrə təhsil almışdır. Hansı ki, bu fakültə dünyanın ilk 50 ən yaxşı restoranlar şəbəkəsi üzrə staj və təcrübə imkanı vəd edir. Hal-hazırda Yusif Azgranata Şirkətində yüksək vəzifədə çalışır. Ümumi olaraq, HTL universitetinin məqsədi Turizm və Qonaqpərvərlik sənayəsi üzrə işci qüvvəsi hazırlamaqdır və bu sahədə bir çox proqramlar təklif edirlər. Burada illik təhsil haqqı 4200 Avrodur.
Güclü təhsil səviyyəsi, perspektivli iş imkanları, parlaq gələcək üçün İspaniyada(Barselona) təhsil ən uğurlu seçimlərdən biri olacaqdır.