Edu Max ilə ALES hazırlığı!

 

ALES nədir?

ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı) – Türkiyədə magistratura və doktorantura pillələrinə qəbul olunmaq üçün verilməli olan imtahandır. Bu imtahana girmək üçün bakalavr təhsili almış olmağınız vacibdir. ALES imtahanı yaz,payız olmaqla ildə iki dəfə keçirilir. Riyaziyyat və Türkçə olmaqla ümumi 160 sualdan ibarətdir. Buna baxmayaraq bu suallardan istədiyiniz 120 suala cavab verməyiniz kifayətdir. Ona görə istədiyiniz sual deyirəm ki, seçdiyiniz ixtisasa uyğun olaraq neçə dənə sayısal,neçə dənə sözəl suala cavab verməyinizə özünüz qərar verirsiniz. Ümumilikdə suallar sayısal 1 , sayısal 2, sözəl 1 , sözəl 2 olaraq 4 yerə bölünür, hər biri 40 sualdan ibarətdir. Əgər seçdiyiniz ixtisas humanitardırsa sözəl ağırlıqlı suallara, mühəndislik kimi dəqiq ixtisasdırsa sayısal ağırlıqlı suallara, iqtisadiyyat və bənzəri ixtisaslardısa suallara eşit ağırlıqlı cavab verməlisiniz. ALES üzrə maksimum nəticə 100 baldır. Minimum 55 bal toplamaq vacibdir. ALES imtahanının keçərlilik müddəti 3 ildir.

Hər birimizin bildiyi kimi Türkiyədə magistratura təhsili tezli və tezsiz olaraq iki cür olur. Edu Max xaricdə təhsil şirkəti olaraq hər iki növ üçün Türkiyə universitetlərindən qəbullar alırıq. Tezsiz təhsil üçün imtahan nəticəsi tələb olunmasa da , tezli magistratura təhsili üçün ALES imtahan nəticəsi mütləqdir. Türkiyənin bir çox TOP universitetləri məhz ALES ilə hər il yüzlərlə tələbə qəbul edir. Bu universitetlərə misal olaraq aşağıdakıları göstərmək olar :

Ankara Üniversitesi

Hacettepe Üniversitesi

Gazi Üniversitesi

Yıldırım Beyazıt Üniversitesi

İstanbul Teknik Üniversitesi

Yıldız Teknik Üniversitesi

Orta Doğu Teknik Üniversitesi

Boğaziçi Üniversitesi

Koç Üniversitesi

Sabancı Üniversitesi

Bilkent Üniversitesi

Türkiyənin prestijli universitetlərinə qəbul olmaq üçün Edu Max sizə ALES hazırlığı təklif edir! Türkiyədə universitet bitirmiş və orada fəaliyyət göstərmiş peşəkar müəllimlərlə 100% -lik nəticə alacağınıza əmin ola bilərsiniz. Dərslər fərdi və ya qrup şəklində olaraq həftədə 3 dəfə keçirilir. Dərs müddəti 2 saat olmaqla həftədə bir gün Türkcə, 2 gün isə Riyaziyyat fənləri tədris olunur.  Hər həftə sınaq imtahanları keçirilir və ALES imtahanı üçün qeydiyyat prosesi də əməkdaşlarımız tərəfindən yerinə yetirilir.

Bundan əlavə olaraq, Edu Max şirkəti ALES imtahanından sonra tələbənin topladığı nəticəyə uyğun olaraq universitet seçimində,qeydiyyat və başvuru prosesində köməklik göstərir.

Dərslərimiz Noyabr ayının 1-dən etibarən başlayacaqdır…

 

Edu Max ilə ALES hazırlığına yazılmağa tələsin!

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL