Qiyabi,Distant təhsil nədir? Niyə oxunmalıdır?

Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Azərbaycanda formal təhsilin 4 növü vardır : əyani təhsil, qiyabi təhsil,distant təhsil,eksternat(sərbəst) təhsil.
Əyani təhsil- hər birimizin bildiyi məktəb, universitet kimi hər hansı bir təhsil müəssisəsində əyani olaraq iştirak etməklə təşkil olunan təhsildir. Qiyabi təhsil- təhsil müəssisəsinə getmədən, evdən fərdi hazırlaşaraq,sadəcə imtahanlarda iştirak etməklə təşkil olunan təhsil formasıdır. Eksternat, yəni sərbəst təhsil forması- məcburi 9 illik təhsili bitirdikdən sonra məktəbi tərk etmək kimi başa düşülür. Lakin sonradan geri qalan 2 ili yenidən oxumaq və 11 illik attestat almaq mümkündür. Bunun üçün “gecə məktəbləri” təşkil olunur və sonda imtahan ilə şagirdə attestat verilir.

Distant təhsilə gəldikdə isə, bu təhsil forması bir çox zaman qiyabi təhsillə qarışdırılır. Distant təhsillə qiyabi təhsil arasında bəzi fərqlər vardır. Distant təhsil də qiyabi təhsil kimi sadəcə ali( bakalavariat,magistratura və doktorantura) təhsil pillələrində mümkündür. Qiyabi təhsil formasında tələbənin imtahanlarda iştirak etmə məcburiyyəti var idisə, distant (uzaqdan) təhsil formasında bele bir məcburiyyət yoxdur. Tələbə dərslərə və imtahanlara onlayn şəkildə evdən qoşula bilər,universitetə getməyinə ehtiyac yoxdur.

Son illərdə distant təhsil xeyli inkişaf etmişdir. 2020-ci ildə yayılmış Covid-19 ilə əlaqədar olaraq bu sahə daha da genişlənmişdir. Distant təhsil ala biləcəyiniz ölkələrə USA, UK, Türkiyəni misal gətirə bilərik. Türkiyədə Atatürk, Anadolu, İstanbul kimi universitetlərdə bir çox tələbə distant formada təhsil alır və demək istəyirik ki, bu universitetlərdə distant təhsilin keyfiyyəti heç də əyani təhsildən geri qalmır.
Birləşmiş Krallıq ( UK) da distant təhsil forması üzrə ən güclü təhsil vəd edən ölkələrdəndir. Birləşmiş Krallıq`da distant təhsil üzrə inkişaf etmiş ən yaxşı 10 universitetin siyahısı aşağıdakı kimidir :

 

– University of Edinburgh
– University College London
– The University of Manchester
– King`s College London
– University of Warwick
– University of Sheffield
– University of Birmingham
– University of Leeds
– University of Nottingham
– City University of London

Comments are closed.

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Orxan Əliyev Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! Edu Max 2018-12-16T00:15:12+04:00 Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər! https://edumax.az/testimonials/orxan-eliyev/

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Ceyhun Həsənov Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. Edu Max 2017-03-13T11:54:16+04:00 Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm. https://edumax.az/testimonials/ceyhun-hesenov/
0
0
Edu Max
ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL