Böyük Britaniya təhsil

Russell Group və Qlobal Prestij

Təhsil sistemi və akademik üstünlüklər:

Təhsil sistemi və akademik üstünlüklər: Böyük Britaniyada bakalavr 3, magistratura isə 1 ildir – tələbə vaxt və büdcəsinə qənaət edir.

 

Oksford, Cambridge, LSE və UCL kimi Russell Group universitetləri dünya elminin mərkəzlərindəndir. Kampus həyatı, tələbə icması və inkişaf imkanları: Britaniya universitetləri güclü tələbə klubları və beynəlxalq icmaları ilə tanınır.

 

London və Manchester kimi şəhərlər tələbələrə həm akademik, həm də sosial həyat üçün çoxşaxəli mühit təqdim edir. Təhsil sonrası karyera və yaşayış perspektivləri: “Graduate Route Visa” ilə məzunlar 2 il ölkədə qala bilirlər.

 

London qlobal maliyyə mərkəzidir və burada iş təcrübəsi tələbənin CV-sini gücləndirir. Russell Group universitetlərinin job center-ləri tələbələri dünya bazarına hazır vəziyyətdə yetişdirir. 

Niyə Böyük Britaniyada təhsil?

Böyük Britaniya uzun illərdir keyfiyyətli təhsili, köklü universitetləri və beynəlxalq mühitilə tələbələrin ilk seçimlərindən biridir. Burada təhsil həm akademik dərinlik, həm də qlobal karyera fürsətləri ilə seçilir. Əlavə olaraq, təhsil müddətinin digər ölkələrə nisbətən daha qısa olması da böyük üstünlükdür.