Son zamanlar hər birinizin istər sosial mediada istərsə də şəhərin müəyyən yerlərində qarşınıza “Avropada İELTS və ya dil sertifikatı olmadan təhsil“ kimi yazısının çıxdığına əminik. Bu, nə dərəcədə doğrudur? Tələbələr Avropada ingiliscə təhsil almaq istəyirlərsə nə kimi nüanslara diqqət yetirməlidir? Həqiqətən də hər hansı bir ingilis dili sənədi tələb olunmadan da Avropada və ya xaricdə ingiliscə təhsil almaq mümkündür mü?
Bugün sizlərə Edu Max Xaricdə Təhsil Mərkəzi olaraq yuxarıda qeyd etdiyimiz mövzu haqqında ətraflı məlumat verəcəyik..
Avropada təhsil tələbələri ən çox maraqlandıran mövzulardan biridir. Biz də bacardığımız qədər bu haqda məlumatlara saytımızda daha çox yer veririk. Bildiyimiz kimi Avropada təhsil almaq üçün (ingilis dilində) IELTS, TOEFL kimi dil sertifikatları lazımdır. Buna baxmayaraq, Edumax şirkəti olaraq sizə IELTS sertifikatı olmadan, heç bir imtahan nəticəsi tələb olunmadan Avropanın bir çox ölkəsində təhsil təklif edirik! Bəli, bu realdır.. Əgər sizin ingilis dilində təhsil almaq üçün lazım olan dil sertifikatınız yoxdursa (İELTS,TOEFL, Cambridge English,və.s) onda aşağıdakı seçimlər təklif olunur..
- Tələbə orta məktəb və ya universitetdə 100% ingilis dilində təhsil alıbsa və buna aid sənədi varsa əlavə dil sertifikatına ehtiyac yoxdur.
- Bəzi universitetlər Skype proqramı vasitəsilə interview götürərək qəbul edirlər.
- Başqa bir seçim isə Online video göndərməkdir. Universitetin rəsmi saytında video yerləşdirmək üçün hissə olur və tələbə özü haqda ingilis dilində məlumat verdiyi videonu sayta yükləyir.
- Elə universitetlər də vardır ki, tələbə qəbul aldıqdan sonra universitetə getdiyi zaman üz-üzə interview götürülür.
Çexiya, Polşa,İtaliya kimi bir çox Avropa ölkəsinin universitetləri bu şəkildə tələbə qəbul edirlər. Saytımızda bu ölkələr və universitetlər haqqında kifayət qədər məlumat yerləşdirilmişdir.
https://edumax.az/kataloq/cexiya/
https://edumax.az/kataloq/polsa/
https://edumax.az/kataloq/italiya/
Qəbul proseduru haqda daha ətraflı məlumat almaq üçün saytımızda yerləşdirilən nömrə ilə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa bilərsiniz..