Xaricdə təhsil yalnız qəbul olmaqla bitmir. Universiteti uğurla tamamladıqdan sonra qarşıda yeni bir mərhələ başlayır – karyera qurmaq, iş tapmaq və yeni həyata uyğunlaşmaq. Biz məhz bu yolda da tələbələrimizi tək qoymuruq.
İş imkanları və karyera dəstəyi
Sizin üçün peşəkar CV və motivasiya məktubu hazırlanır, LinkedIn profiliniz yenilənir və müsahibələrə hazırlaşdırılırsınız. Həmçinin, seçdiyiniz ölkədə uyğun vakansiyaları izləyib sizə yönləndiririk.
Networking və əlaqələr
Məzunlarımızı bir araya gətirən “Alumni Community” vasitəsilə həm yeni dostluqlar, həm də iş imkanları qazanırsınız. Tədbirlər, seminarlar və görüşlər sizə daha geniş şəbəkə qurmaq imkanı yaradır.
Hüquqi və yaşayış məsələləri
Universitetdən sonra iş icazəsi, viza uzadılması və qalmaq üçün yaşayış yerləri ilə bağlı da məsləhətlər veririk. Ölkədə qalmaq və ya geri dönmək qərarında sizə istiqamət göstəririk.
Şəxsi inkişaf
Əmək bazarında daha çox tələb olunan sahələr barədə məlumat alır, əlavə təlimlər və bacarıq inkişafı üzrə dəstək qazanırsınız.
Bizə WhatsApp'dan yaz