Məqsədim Amerikaya gəlmək, şəxsi bacarıqlarımı inkişaf etdirmək, praktiki biliklər qazanmaq və ən əsası dəyərli əlaqələr qurmaq idi. Bu hədəflərə çatmaq üçün Hult ideal seçim oldu. Uzun illər entrepreneurship, data analytics, business automation və digər sahələrdə təcrübəsi olan insanların bizə dərs keçməsi, öyrəndiklərimizi daha realistik və dəyərli etdi. Təhsil prosesində Finance, Accounting və Data Analytics kimi fundamental sahələrlə yanaşı, Digital Marketing, Design Thinking və AI Business kimi gələcəyə yönümlü mövzularda da praktiki biliklər öyrəndim. Hult mənə öz biznes ideyalarımı sınamaq, mütəxəssislərdən rəy almaq və hətta onları böyütmək imkanı verdi. Nəticədə Hult mənə sadəcə diplom vermədi – real dünyada tətbiq oluna bilən biliklər, özünəinam və dəyərli əlaqələr qazandırdı.
Mən Murad Sadıqov, Çexiya Texniki Universitetində (Praqa) Software Engineering ixtisası üzrə təhsil alıram və artıq ikinci ilimə keçmişəm. Təhsilimin ilk ilində, qısa zaman ərzində olsa da, çoxlu xoş xatirələr yaşadım. Fərqli millətlərdən olan insanlarla tanış oldum, yeni festivallarda iştirak etdim və ən önəmlisi də ixtisasım üzrə uğur qazanmış insanlarla vaxt keçirdim. Burada – Praqada, təhsil alan bir tələbə kimi, hər bir soydaşımızın belə bir təhsil təcrübəsi yaşamasını arzu edirəm. Xaricdə təhsil insana yalnız bilik deyil, eyni zamanda dünyagörüşü və unudulmaz xatirələr qazandırır
Bizə WhatsApp'dan yaz