Suallar

TOEFL(Test of English as a Foreign Language) nədir ?

Amerika ingilis dilinin universitet səviyyəsində istifadə etmək və anlamaq qabiliyyətini ölçən bir testdir. Bir çox amerikalı və ingilisdilli universitetlər bu testi sənəd verən tələbələrdən tələb edirlər.

İngilis dili biliklərini beynəlxalq etibarlılığı olan bir sənədlə sübut etmək istəyən hər kəs bu testdən keçə bilər. Toefl İmtahanı haqqında ətraflı məlumat üçün www.toefl.org rəsmi saytına daxil olun.

Toefl imtahanı nədən ibarətdir ?                                                    

Dinləmə: Amerikan ingilis dili anlamaq bacarığı ölçülür.

Struktur: Tələbənin standart yazılı ingilis dilindən lazımi səviyyədə istifadə etdiyini yoxlayın .

Oxu: Bir şagirdin Amerika ingilis dilini oxumaq və anlama qabiliyyəti test edilir.

Yazı: Yazma qabiliyyəti 30 dəqiqə ərzində yazılacaq bir kompozisiya (esse ) ilə ölçülür.

Digər ingilis dili imtahanları ilə müqayisədə TOEFL testi daha çox tarixdə (il ərzində 50-dən çox) və məkanlarda (165 ölkə daxil olmaqla  4,500 test mərkəzlərində) keçirilir. Siz 12 gün müddətində birdən artıq olmamaq şərti ilə istədiyiniz qədər imtahan verə bilərsiniz. İmtahan günü təyin edildikdən 12 gün ərzində daha bir test vermək üçün qeydiyyatdan keçə bilməzsiniz. Dünyada 27 milyondan artıq insan ingilis dili bacarığını müəyyənləşdirmək üçün TOEFL imtahanı vermişdir. Normal ingilis dili bacarığı aşağıdakı şəxslər üçün orta (intermediate) və yüksək (advanced) səviyyələri arasında müəyyən edilir.

  • Ali təhsil müəssisəsində təhsil almağı planlaşdıran tələbər
  • İngilis dilində tədris edilən proqrama qəbul olmaq istəyənlər
  • Təqaüd və sertifikat əldə etmək istəyən namizədlər
  •  İngilis dili biliyini daha da inkişaf etdirmək istəyənlər
  •  Viza almaq istəyən tələbələr və işçilər

SAT imtahanı nədir?

SAT (Scholastic Aptitude / Assessment Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlardan tələb olunan bir imtahan olaraq yaranmış və daha sonra digər ölkələrdə artıq həm bakalvr həm də magistr təhsili üçün bu imtahandan istifadə edilmişdir . Hal-hazırda isə azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli universitetlərinə də qəbul ola bilərlər .

SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür.

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.

SAT İMTAHANINA KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?

SAT imtahanına 9, 10, 11-ci sinifdə oxuyan məktəblilər, məktəb və ya üniversitet məzunları, təhsilini Amerikada, eləcə də Türkiyədə davam etdirmək istəyən bütün gənclər müraciət edə bilərlər .

SAT İMTAHANINA HAZIRLAŞMAĞA BAŞLAMAQ ÜÇÜN HANSI SƏVİYYƏDƏ İNGİLİS DİLİNİ BİLMƏK LAZIMDIR?

SAT imtahanına ingilis dili səviyyəniz Upper-Intermediate olduqdan sonra hazırlaşmağınız məsləhət görülür.

SAT İMTAHAN NƏTİCƏSİ NƏ QƏDƏR MÜDDƏT KEÇƏRLİDİR?

SAT imtahanın keçərlilik müddəti 5 ildir. Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçünsə bu müddət 2 ildir.

SAT imtahanı ildə 6 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (https://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür.

YÖS (Yabancı Öğrenci Sınavı) imtahanı nədir?

YÖS (Yabancı Öğrenci Sınavı) — bu imtahan Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün Universitetlərə qəbul imtahandır . YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçündür.

YÖS imtahan 2 hissədən ibarət olur:

Məntiq və Riyaziyyat Türk dili Məntiq və Riyaziyyat bölməsində ümumi 80 sual olur.

90 dəqiqə imtahan vaxt verilməklə 45 sual Məntiqdən, 35 sual isə Riyaziyyat bölməsindən olur.

Türkiyədə YÖS imtahanı qəbul edən Universitetlər və saytları

Qeyd etmək istərdik ki 2011 ci ildən etibarən Türkiyədə mərkəzləşmiş YÖS imtahanı ləğv olunub, hər universitet fərdi şəkildə öz imtahanını keçirir. Bu imtahan bəzən Bakıda çox vaxt isə Türkiyədə olur və tələbələr hər biri imtahanlar üçün Türkiyəyə getmək məcburiyyətindədirlər.

YÖS imtahanlarından yığıla biləcək maksimum nəticə 100 baldır. Əgər tələbə 60-dan yuxarı bal yığarsa, onda normal Universitetə güzəştli təhsil haqqı və ya pulsuz təhsillə qəbul ola bilər. Əgər siz Türkiyədə tibb təhsil almaq istəyirsinizsə mütləqdirki ən azı 98 bal yığasız. Çünki Türkiyədə tibb təhsil yaxşı inkişaf etmiş olduğu üçün, tələb olunan keçid balıda yüksəkdir.

İELTS imtahanı nədir ?

IELTS bir digər adıyla Beynəlxalq Dil Səviyyə İmtahanı, İngiliscənin etibarlı olduğu ölkələrdə işləmək ya da təhsil almaq istəyən şəxslərin İngilis dil səviyyəsini qiymətləndirmək məqsədiylə edilən bir imtahandır. IELTS Beynəlxalq etibarlılığı olan bir imtahan növüdür. Hər gün populyarlıqda artan bu test, hər il dünyada təxminən 1.7 milyon insan cəlb edir. Akademik və Ümumi Təhsil formatlarında IELTS imtahanının iki növü vardır. Namizədlər təhsilə və ya peşə sahələrinə və onların viza tələblərinə uyğun olaraq qəbul edəcəyi imtahanın növünə dair qərar verirlər. Hər iki imtahanın hissələri əsasən eynidır. Namizədlər IELTS danışma, IELTS oxu, IELTS dinləmək və IELTS yazma bacarıqlarını nümayiş etdirirlər. Bu dörd komponentdən hər biri diqqətlə cəlb edilmiş bacarıqlara diqqət yetirmək üçün hazırlanmışdır. Dörd dil bacarığını təqdim edən namizədlər bu dörd komponentdə ayrı-ayrılıqda qiymətləndirilib. Bu qiymətlərin ortalaması namizədin imtahan səviyyəsidir.

GMAT nədir ?

GMAT (Graduate Management Admission Test)  biznes, idarəetmə, marketinq və s. bir xarici ölkədə təhsil almaq istəyənlər tərəfindən girilməli olan bir imtahandır. GMAT imtahanı yalnız ingilis dilini öyrənənlər üçün deyil, həm də ingilis dili ana dili olanlar üçündür Burada Təkcə dil biliyi deyil riyazı biliyi önəmlidir.  GMAT  üç əsas  bölümdən  ibarətdir:

  1. Oxuma (verbal) biliklər
  2. Riyazi (quantitative) biliklər
  3. Analitik yazı (analytical writing) biliklər

GMAT imtahanına necə müraciət etmək olar?

GMAT testi üçün müraciətlər poçt, faks və ya İnternet vasitəsilə edilə bilər. İnternet vasitəsilə GMAT imtahanına dair ərizələr www.mba.com vasitəsilə həyata keçirilir. İmtahan ərizəsi üçün namizədlər imtahan tarixini və yerini öz şəxsi məlumatlarını daxil etməklə müəyyən edə bilərlər (Şəxsi məlumatlar dəqiq olmalıdır ) . GMAT imtahanına daxil olan namizədlərin imtahana girməyi düşündükləri tarixdən ən azı 3 ay əvvəl imtahan vermələri tövsiyə olunur. GMAT imtahanı hal-hazırda MBA proqramı üçün daha da məşhurdur və dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər. Təkcə Amerika deyil, eyni zamanda bir çox ölkələrin güclü universiteteləri bunu tələb edir.

GMAT testləri dünyanın 600-dən çox sınaq mərkəzində aparılır.İmtahanın qediyyat məbləği 250 ABŞ dollarıdır .  Yaxşı bir universitetə ​​müraciət etmək istəyən tələbələr GMAT imtahanında 600 ilə 800 arasında bal yığmalıdırlar.

Test saatları və tarixləri girəcəyiniz ölkəyə və imtahan mərkəzinə görə dəyişməklə bərabər il ərzində ayda üç dəfə keçirilir.

Eyni ayda bir dəfədən çox dəfə iştirak edə bilməzsiniz. 16 gün fərq olmalıdır .

GMAT testi nəticələri internet üzərindən və ya poçt vasitəsilə imtahandan 3 həftə sonra açıqlanır.

İmtahana girən tələbə əgər istəsə, rəsmi olmayan imtahan nəticəsində açıqlanmadan əvvəl GMAT testini ləğv edə bilər. Belə bir halda, imtahan haqqı geri qaytarılmayacaqdır.

GRE nədir?

GRE, master və doktorantura proqramlarına qəbul edilən ərizələr üçün zəruri olan ən geniş yayılmış imtahandır. Xüsusilə son bir neçə ildə GMAT imtahanlarına tələb olunan MBA proqramları GRE imtahanını qəbul etməyə başladı. GRE üç əsas hissədən ibarətdir: (Analytical Writing), (Verbal Reasoning), (quantitative reasoning)  . GRE imtahanı kağız bazasında (paper-based) və komputer (computer-based) formatında verilə bilər .

GRE testini harada və nə vaxt müraciət  edə bilərəm?

GRE testi bütün dünyada əvvəlcədən təyin edilmiş test mərkəzlərində il ərzində verilir. Telefonla, poçt və ya faksla qeydiyyatdan keçmək mümkün olsa da, ən çox yayılmış üsul online olaraq qeydiyyatdan keçməkdir. Bunun üçün, ets.org/greci tələbələr şəxsi hesab açaraq istifadəçi adı və şifrəni əldə etməlidirlər. Bütün əməliyyatlar daha sonra bu hesabdan keçirilə bilər.

GRE testinin necə qiymətləndiriləcəyi və nəticələr nə vaxt müəyyən ediləcək?

Şifahi və ədədi əsaslandırma bölmələri 200-800 bal və 0-6 dərəcəsi ilə analitik kompozisiya ilə qiymətləndirilir. Komputer əsaslı imtahan nəticələri təxminən iki həftə sonra dərc edilir və kağız əsasında imtahan nəticələri təxminən altı həftə sonra online olaraq bildirilir .

Referans (Reference letter) məktubu nədir və necə yazılmalıdır ?

Əvvəla, referans məktubu yazacaq şəxsin seçimi nəzərdən keçirilməlidir. Yəni hansı mövqə əsasında yazılmalıdır . Məsələn yeni iş yerinizi dəyişmisiniz sizdən köhnə iş yerindən referans məktubu istəyəcəklər. Universitetə qəbul zamanı sizdən əvvəlki təhsil aldığınız bir və ya iki müəllimdən (professordan) referans məktubunu istəyə bilərlər. Məktub yazan şəxs menecer, direktor ,alim , sizinlə eyni sektorda təcrübəli bir şəxs ola bilər . Ümumiyyətlə məktub dürüst və səmimi olmalıdır.  Məlumatlar şişirdilmiş cümlələrdən ,standart sözlər, istifadə edilməməlidir, çünki stereotiplər inandırıcı deyildir. Xüsusi və fərqli xüsusiyyətləri vurğulamalı və xüsusi nümunələr verilməlidir. Şəxsin bilik və bacarığı, onların xüsusiyyətləri, şəxsi inkişafı, uğurları və təşkilata verdiyi töhfələr vurğulanmalıdır. Məsələn nümunə vermək çox vacibdir. Məsələn nümunələri öz əksini tapmış və sənədləşdirilmişdir. Məlumatlar qeyd edildən sonra  , ünvanınız , telefon nömrəniz , adresiniz və emailiniz yazılmalıdır .

Motivasiya məktubu nədir ? Nə üçün yazılmalıdır ?

Motivasiya məktubu bir neçə məqsədlə yazıla bilər. Məsələn təqaüd üçün , müraciət etdiyiniz universitet və ya iş üçün yazılır. Özünüz, şəxsiyyətiniz, təcrübə və gözləntiniz barədə vacib məlumatları daxil etməlisiniz. Ən əsas məsələlərdən biri motivasiya məktubu sizin tərəfdən yazılmalıdır və ya sizi yaxşı tanıyan şəxs tərəfindən yazılmalıdır. Əks halda  sizinlə bağlı məlumatlar yanlış ola bilər . Yanlış məlumatlar yaxşı nəticələrə çıxarmaz .

Tərcümə Təsdiq üçün hara müraciət edilməlidir ?

Tərcümə təsdiq sənəd işlərinizi Asan xidmətdən istifadə edə bilərsiniz. Bundan başqa tərcümə mərkəzlərində notarial təsdiq edə bilərsiniz. Məbləği isə sizin təcümə etmək istəyəcəyiniz dilə və səhifəyə əsasən dəyişir . Diqqət edin ki , təsdiq zamanı imza və möhür mütləq vurulmalıdır . Əks halda müraciət etdiyiniz qurum sənədinizi yararsız hesab edə bilər .

ATTESTATLA QƏBUL QARANTİYA VERİRİK
Ən qabaqcıl universitetlərə sadəcə attestatla qəbul həyata keçiririk.
MƏLUMAT AL

Orxan Əliyev

Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!
Edu Max
2018-12-16T00:15:12+04:00
Edu Max sektorda qabaqcıl şikətdir.. Hal hazırda təqaüdlə İspaniyada təhsil alıram.. Təşəkkürlər!

Ceyhun Həsənov

Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
Edu Max
2017-03-13T11:54:16+04:00
Edu Max şirkətinin vasitəsi ilə, artıq Macarıstanda bakalavr təhsili alıram.. Bütün kollektivə təşəkkür edirəm.
0
0
Edu Max